İctimai Şura üzvləri Ruslan Əliyevə buna görə təşəkkür etdilər - FOTO

İctimai Şura üzvləri Ruslan Əliyevə buna görə təşəkkür etdilər -  FOTO backend

“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın 23 dekabr 2021-ci il tarixdə növbəti iclası keçirilib.

Birlik yanında İctimai Şuranın sədri Xəyal Bəşirov Şura qarşısında duran bir sıra mühüm məsələləri səsləndirib, eyni zamanda gündəliyə daxil edilən mövzularla bağlı müzakirələr aparılıb. Gərgin müzakirələr fonunda keçirilən iclasda mövcud olan cari problemlərlə bağlı məsələlər üzvlər arasında səsə qoyularaq səs çoxluğu ilə qəbul edilib.

Daha sonra Şura üzvü və sədr müavini Rəşad Quliyev könüllü olaraq üzvlükdən istefa verdiyinə görə, onun istefası da səsə qoyularaq qəbul edilib. “Azəriqaz” İB yanında İctimai Şuranın üzvü, ölkə üzrə vətəndaş cəmiyyətinin tanınmış nümayəndəsi və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov tam səs çoxluğu ilə İctimai Şuranın sədr müavini seçilib. İclas zamanı İctimai Şura üzvləri tərəfindən tam səs çoxluğu ilə Şura adından cəmiyyətə açıq olduğuna, müvafiq sahə ilə bağlı mövcud problemlərin həlli məqsədilə ölkə mətbuatına, vətəndaş cəmiyyəti üzvlərinə və Birlik yanında İctimai Şura ilə sıx əməkdaşlığına görə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə təşəkkürün elan edilməsi barədə qərar qəbul edilib. Sonda iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, “Azəriqaz” İB yanında İctimai Şura Birliyin baş direktorunun təşəbbüsü ilə yaradılıb. Yeganə məqsəd, görülən işlərə ictimai nəzarətin və şəffaflığın təmin olunmasıdır.

loading...
Diaspora