DİN deputat köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN deputat köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yaydı backend

Daxili İşlər Nazirliyi millət vəkili Fəzail Ağamalının köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yayıb.


Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi “QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.
Diaspora