Sabah "Azəriqaz"ın baş direktoru “Açıq qapı” aksiyası keçirəcək

Sabah "Azəriqaz"ın baş direktoru “Açıq qapı” aksiyası keçirəcək backend

Sabah, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.

loading...
Diaspora