Azərbaycanda daha 19 nəfər koronavirusdan ölüb

Azərbaycanda daha 19 nəfər koronavirusdan ölüb backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib. 13 078 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 462, bu günə qədər isə ümumilikdə 5 788 891 test icra olunub.

loading...
Diaspora