I Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradıldı - SİYAHI

I Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradıldı -  SİYAHI backend

1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Qaziler.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanda əksini tapıb.

Komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin olunub.

Komissiyanın üzvləri siyahısında müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, ədliyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini və Dövlət Sığorta Kommersiya Şirkətinin sədri yer alıb.

loading...
Diaspora