Azərbaycan Milli Elmlər Akademiyasında təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçiriləcək.
Bu barədə AMEA-dan məlumat verilib. Müşavirədə AMEA-da təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı məsələlər, o cümlədən elmlə təhsilin səmərəli inteqrasiyasının təmin edilməsi, AMEA-da magistratura təhsilinin təşkili, istedadlı gənclərin AMEA-nın magistraturasına və doktoranturasına cəlb edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.İclasda, həmçinin AMEA-da təhsil prosesində mövcud olan problemlərin aradan qaldırılması, imtahanlarda şəffaflığın təmin olunması, elmi məqalələrin dərc edilməsi zamanı doktorant və dissertantların üzləşdikləri problemlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.