Akif Çovdarovla bağlı qərar elan edildi

Akif Çovdarovla bağlı qərar elan edildi backend

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayətini qismən təmin edib.

"Report" xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

A.Çovdarov barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsi və müsadirə edilən əmlaklarının geri qaytarılması üçün Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

O, Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub.

loading...
Diaspora