Gədəbəydə qarın hündürlüyü 28 santimetr olub - FAKTİKİ HAVA

Gədəbəydə qarın hündürlüyü 28 santimetr olub -  FAKTİKİ HAVA backend

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, gözlənildiyi kimi dekabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində bəzi yerlərdə yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.

Düşən yağıntının miqdarı Ləzədə (Qusar) 29 mm, Göygöldə 16 mm, Gədəbəydə 15 mm, Qusarda, Şabranda, Xaltanda 14 mm, Daşkəsəndə, Qubada, Xınalıqda, Qrızda 13 mm , Xaçmazda 11 mm, Altıağacda, Şahdağda 10 mm, İvanovkada (İsmayıllı), Qəbələdə 9 mm, Sarıbaşda (Qax) 7 mm, Bərdədə, İsmayıllıda, Cəfərxanda, Kişçayda (Şəki) 6 mm, Şərurda, Ağdamda, Şamaxıda, Qobustanda, Göyçayda, İmişlidəi, Göytəpədə, Hacıqabulda 5 mm, Tovuzda, Zərdabda, Şəkidə, Mingəçevirdə, Yevlaxda, Beyləqanda, Salyanda 4 mm, Ağdərədə, Naftalanda, Gəncədə, Sabirabadda, Neftçalada 3 mm, Şəmkirdə, Ağstafada, Kürdəmirdə, Ağsuda, Biləsuvarda 2 mm, Sədərəkdə, Balakəndə, Yardımlıda, Zaqatalada, Lerikdə 1 mm, Sumqayıtda 3 mm, Bakıda 2 mm, Maştağada 2 mm, Neft daşları, Pirallahıda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Gədəbəydə 28 sm, Ləzə (Qusar), Qrızda 25 sm, Daşkəsəndə 22 sm, Xınalıqda 17 sm, Qusarda 15 sm, Göygöldə 14 sm, Xaltanda 13 sm, Sarıbaşda 9 sm, İvanovkada (İsmayıllı) 8 sm, Ağdərədə (Ordubad) 7 sm, Altıağacda 6 sm, Qubada 5 sm, Qobustan, Şamaxıda 4 sm, Şərurda 2 sm, İsmayıllı, Kişçayda (Şəki) 1 sm olub

Cənub-qərb küləyi arabir Naftalanda 26 m/s, Daşkəsəndə 23 m/s, Şəkidə 20 m/s, Yardımlı, Ağdam, Gəncədə 18 m/s, Tərtər, Astara, Xınalıq, Gəncə, Bərdədə 17 m/s, Gədəbəydə 15 m/s, Neft daşları, Pirallahıda 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,2 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 7-10 dərəcə şaxta, Naxçıvan MR-da 0-3 dərəcə şaxta olub.

loading...
Diaspora