Sabah Azərbaycanda 39 dərəcə temperatur olacaq

Sabah Azərbaycanda 39 dərəcə temperatur olacaq backend

Avqustun 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, mülayim şimal-qərb küləyinin gündüz qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 23-25 dərəcə, gündüz 35-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 34-39 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Diaspora