Nazirliyin silahla fotosu yayılan vəzifəli şəxsi işdən çıxarıldı

Nazirliyin silahla fotosu yayılan vəzifəli şəxsi işdən çıxarıldı backend

“Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən çıxarılıb”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, A.İsmiyevin müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

O qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsi ilə cərimə ediliblər.

Qeyd edək ki, ötən gün A. İsmiyevin avtomatla, onun müavini Sakit Şahmarovun isə tüfənglə şəkilləri yayılıb. (oxu.az)

loading...
Diaspora