Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib backend

Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib.

Şuradan verilən məlumata görə, Qaydalara uyğun olaraq bu il 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.

Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.

Diaspora