3 kanalın jurnalistləri Daşkəsəndə təzyiqlə üzləşib - Şəhid anası onları hədələyib

3 kanalın jurnalistləri Daşkəsəndə təzyiqlə üzləşib -  Şəhid anası onları hədələyib backend

Baku TV, “Space” telekanalı və APA TV-nin jurnalistləri Daşkəsən rayonunda təzyiqlə üzləşiblər

Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb.

“Report” xəbər verir ki, “Baku TV, APA TV və “Space”in əməkdaşları hadisənin təfərrüatını araşdırdıqda hadisənin söylənilənlərin tam fərqli olduğu, şəhid anasının icra nümayəndəsini və qohumu Daşqın Cəfərovu döydüyü məlum olub.

Baku TV-nin əməkdaşı Nazir Quliyev “Report”a bildirib ki, o həmkarları ilə hadisənin təfərrüatını araşdırıb. Media mənsubları əvvəlcə şəhid anasının xəsarət yetirdiyi və hazırda Gəncə şəhərindəki xəstəxanalarda müalicə edilən icra nümayəndəsi və qohumu ilə görüşüblər. İcra nümayəndəsi jurnalistlərə hadisə barədə ətraflı məlumat verib. Jurnalistlər bundan sonra hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Daşkəsənin Dəstafur kəndinə gediblər. Lakin şəhidin anası “Space” telekanalının və APA TV-nin əməkdaşlarını hədələyib: “O, oğluna evin qapısını bağlayaraq bizi çölə buraxmamağı tapşırdı və görüntüləri tələb etdi. Biz ondan müsahibə almaq istədikdə qadın bundan imtina etdi”.

APA TV-nin jurnalisti Fuad Nazimoğlu da bildirib ki, şəhidin ailə üzvləri onların evdən çıxmasına mane olublar: “Şəhidin ailə üzvləri, o cümlədən əri və oğlu qapını bağlayaraq bizi çölə buraxmadılar. Buna görə, bir neçə saat həyətdə qalmalı olduq. Şəhidin anası tələb etdi ki, mən görüntüləri lentə aldığımız videokameranın yaddaş kartını qırım. Yalnız videokameranın yaddaş kartını qırdıqdan sonra şəhidin ailə üzvləri bizi buraxdılar”.

loading...
Diaspora