Sabah Sumqayıtın bu ərazilərində qaz olmayacaq

Sabah Sumqayıtın bu ərazilərində  qaz olmayacaq backend

Sumqayıtın təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə APA-nın yerli bürosuna Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Qeyd olunub ki, "Şəhər 4” orta təzyiqli qaz kəmərində zəruri tədbirlərin görülməsi və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar olaraq, dekabrın 21-i, saat 10:00-dan 14:00-dək şəhərin Ceyranbatan, Novruz, Təzə və Köhnə Corat qəsəbələri, “Yaşıldərə” və “Qurddərəsi” yaşayış massivləri, Sumqayıt-Novxanı şosesi əraziləri, Metallurq, Saray, Novxanı və Corat bağları, 42, 47, 48, 49, 50, 51, 52, 53-cü məhəllələr, 10, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayon ərazilərinin qaz təchizatı dayandırılacaq.

loading...
Diaspora