“Azəriqaz” rəhbərliyinin sahibkarlarla növbəti görüşü Şəmkirdə keçirəcək

“Azəriqaz” rəhbərliyinin sahibkarlarla növbəti görüşü Şəmkirdə keçirəcək backend

“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Şəmkir rayonunda təşkil olunacaq.

Qaziler.az bildirir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Şəmkir şəhəri, Heydər Əliyev prospekti, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” dekabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Diaspora