Etimad Əsədovun məzarı ziyarət edildi

Etimad Əsədovun məzarı ziyarət edildi backend

Dekabrın 20-də "Qarabağ qaziləri" ictimai birliyinin mərhum sədri, Baş qazi Etimad Əsədovun doğum günüdür.

Qaziler.az bildirir ki, "Qarabağ qaziləri" birliyinin bir qrup üzvü bu münasibətlə Etimad Əsədovun məzarını ziyarət ediblər. Ziyarətçilər Etimad Əsədovun keçdiyi şərəfli döyüş yolundan danışaraq, xatirəsini yad ediblər. Məzarı başında onun Azərbaycan qaziləri üçün gördüyü işlərdən, ölkəmizə "qazilik" adının onun tərəfindən gətirildiyindən də danışılıb. 

 Baş qazinin məzarı başına toplananlar onun ruhuna dualar oxuyub, allahdan rəhmət diləyiblər.

Xatırladaq ki, “Qarabağ qaziləri” İctimai Birliyinin mərhum sədri Etimad Əsədov 2018-ci il oktyabr ayının 16-da vəfat edib.

Diaspora