Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırılır

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırılır backend

“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manatdan 70 manata qaldırılır. 

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

loading...
Diaspora