Əlilliyi olan şəxslərə qulluq edənlərin təqaüdü artırılır - FƏRMAN

Əlilliyi olan şəxslərə qulluq edənlərin təqaüdü artırılır -  FƏRMAN backend

“I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 50 manatdan 80 manata qaldırılır. 

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

loading...
Diaspora