Tələbələrin təqaüdü artırılır - FƏRMAN

Tələbələrin təqaüdü artırılır -  FƏRMAN backend

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

 

Fərmana əsasən, doktorantura pilləsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 300 manatdan 360 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən müavinət 180 manatdan 216 manata qaldırılır. 

Bundan başqa, dəyişiklikliyə əsasən, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manata artırılır. 

Eyni zamanda, magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 120 manat 144 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüd 80 manat 96 manata qaldırılır. 

Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 110 manatdan 132 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manat 90 manata artırılır. 

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 60 manatdan 72 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manata qaldırılır. 

Peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manata, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüd 60 manatdan 72 manata, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manata artırılır. 

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

loading...
Diaspora