Baş prokuror "Tərtər işi"nin istintaqını xüsusi nəzarətə götürdü - RƏSMİ

Baş prokuror "Tərtər işi"nin istintaqını xüsusi nəzarətə götürdü -  RƏSMİ backend

"Tərtər işi"nin cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycanın Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb.

Qaziler.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir.

Bildirilib ki, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.

Diaspora