Nazirlik bu məşhur oyunla bağlı valideynlərə xəbərdarlıq etdi

Nazirlik bu məşhur oyunla bağlı valideynlərə xəbərdarlıq etdi backend

“PUBG oyunlarında məktəblilər kiberbullinq şəklində müəyyən təzyiqlərə məruz qalırlar. Bu zaman onlar dolayı şəkildə təhqir olunurlar”.

Qaziler.az xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.

O qeyd edib ki, yaşıdları bunu oyun kimi təqdim edib əsas mahiyyətdən yayınırlar: “Bəzən valideyn övladının dediklərini ciddi qəbul etmir. Nəticədə növbəti dəfə uşaq məktəbdə baş verən hadisələri evdə danışmır. Hətta bəzən valideynlər övladının şikayətini acizlik kimi qəbul edir. Qız övladlarını daha çox günahlandırırlar. Özünə zərər vuran şagirdi psixoloq yanına gətirəndə uşaq bizə deyir ki, vaxtında valideynimə bu barədə deyəndə mənə dəstək olmadı. Ona görə də uşaqlar valideyndə qıcıq yaradacaq hərəkətlər edirlər”.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova isə əlavə edib ki, qadağa qoyulmayan uşaqlar daha çox özünü bullen kimi təqdim edir: “Hesab edirlər ki, onlara heç vaxt olmaz deyilməyib və istədikləri hər şeyi rahat edə bilərlər. Valideyn övladı ilə dost olmalıdır. Məktəbdə nə baş veribsə, övladı mütləq şəkildə valideyninə bu barədə ətraflı danışmalıdır. Baş verən hadisə barədə panikaya düşmək lazımdır. Məsələ həll oluna bilərsə, məktəb rəhbərliyi və ya müəllimlə həll etməlidir. Ciddi məsələ olacağı təqdirsə isə bunu ört-basdır etmək lazım deyil”.

loading...
Diaspora