“Efirlərdə nə həkim, nə də dərman reklam olunmalıdır..."

“Efirlərdə nə həkim, nə də dərman reklam olunmalıdır..." backend

"Həkimlərin verilişlərdə bu cür reklam edilməsi çox biabırçı haldır. Nə həkim, nə də dərman reklamı olmamalıdır. Amma bizim televiziyalarımızda nə desən reklam edirlər. Xoşqədəm xanım Hidayətqızı verilişində deyir ki, filankəs birnömrəli həkimdir. Bu nə deməkdir? Siz həkimi nömrələmisiniz? Bunlar ola bilməz".

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov televiziyalarımızda həkim reklamının yolverilməz olduğunu bildirib:

"Həkim efirdə reklam olunmamalıdır. Onun reklamı xəstəsidir. Ayrı-ayrı adamları reklam etmək nə deməkdir. Heç görmüsünüzmü ki, balığın kürüsünü reklam eləsinlər? Yox, görməmisiniz, çünki o öz qiymətindədir. Reklam olunan həkimlərin özləri də normal adamlar deyil axı. Televiziyalarımızı açanda adam özü xəstəlik tutmaq istəyir. Hər yerdə ancaq xəstəliklərdən danışırlar. Düzdü, həkimlərimizin efirdə danışmasının, insanlara məsləhət verməsinin tərəfdarıyam. Bu başqa mövzudur. Amma həkimin özünü reklam etməsi yolverilməzdir. Həkimlərimiz var ki, hətta siyasətlə də məşğul olurlar. Bu da düzgün deyil, getsinlər öz işləriylə məşğul olsunlar".

loading...
Diaspora