Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb ediləcək? - RƏSMİ AÇIQLAMA

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb ediləcək? -  RƏSMİ AÇIQLAMA backend

Mopedlər, yəni 50 kub/sm-dək motor həcmi olan nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması qanunvericilikdə hələ ki nəzərdə tutulmayıb.

Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.

O bidirib ki, vətəndaşlarımızın son illərdə bu cür vasitələrdən istifadə etməsi ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmlidir və hesab edirik ki, bu cür vasitələrdən düzgün şəkildə istifadə olunması yollarda sıxlıq və tıxacların qarşısının alınması üçün öz töhfəsini verəcək.

“Lakin bununla yanaşı vətəndaşlarımızın haqlı narazılıq və narahatlığı da az deyil. Bu cür vasitələrlə törədilmiş qəzalar, eləcə də qayda pozuntuları xüsusi texniki vasitələrlə aşkarlanması mümkünsüzdür. Hesab edirik ki, yeni qanun layihəsində tərəfimizdən edilmiş təkliflər qısa zamanda öz həllini tapacaq və bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin məsuliyyəti dərinləşəcək və ciddiləşəcək. Əlavə olaraq bildirmək istəyirik ki, hərəkətin digər iştirakçıları – mopedlər, skuterlər, velosipedlər, yeni nəsil minik vasitələr mövcud qanunvericilikdə olmasa da, nəzərdə tutulan yeni qanunvericilik layihəsində öz həllini tapacaq məsələlər siyahısındadır”, - baş inspektor söyləyib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollarda bu cür vasitələrlə qayda pozuntusu edən şəxslərə adekvat münasibət göstərilir və hüquq çərçivəsində lazımi tədbirlər görülür.

İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkəkətin digər iştirakçılarının etdiyi qayda pozuntulatına görə 20-100 manat məbləğində cərimə nəzərdə tutulur.

loading...
Diaspora