Bakıda Yeni il hazırlıqları başlanılıb. Paytaxtın bayram üçün bəzədilməsi işlərinə artıq start verilib.
Bakının bir sıra mərkəzi yerlərində, o cümlədən "Azneft" dairəsində və "Ağ Şəhər"də yolka qurulur.
Həmçinin mərkəzi prospektlərdə və meydanlarda parlaq işıq tabloları, yeni il simvolları quraşdırılır.
Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, paytaxtın bütün rayonlarında yolkaların qurulması üçün yerli orqanlara tapşırıq verilib.
 
                                                     
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
