Yağışlı hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Yağışlı hava nə vaxta qədər davam edəcək? -  AÇIQLAMA backend

Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

Bu barədə Trend-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.

"Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək" - deyə G.Məmmədova bildirib.

Diaspora