Metroda vəfat edən şəxsin üzərindən pul oğurlanıb? - AÇIQLAMA

Metroda vəfat edən şəxsin üzərindən pul oğurlanıb? -  AÇIQLAMA backend

Metroda ürəktutmasından vəfat edən Əhməd Babayevin cibindən pul oğurlanması ilə bağlı iddialar Bakı Metroploliteninin Polis Şöbəsində araşdırılıb. İddia var idi ki, vəfat edən şəxsin üzərində qovluq olub və bu qovluqda müvafiq sənədlər olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxs metroya daxil olan zaman üzərində nəinki qovluq, daşıdığı heç bir əşya olmayıb.

"Hərəkət üzrə bütün kameralara baxış keçirilib. Əgər həmin şəxsin qohumları aparılan araşdırmadan narahatdırlarsa, metro polisinə müraciət edə bilərlər", - deyə o qeyd edib.

Xaırladaq ki, dekabrın 9-da Bakı metrosunda ölüm hadisəsi baş verib. Sərnişin qatarda özünü pis hiss edib. "28 May" stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib. Dünyasını dəyişən şəxs yaşlı kişidir

loading...
Diaspora