Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin məlumat reyestrinə daxil olmaq istəyən tərcüməçilər sənədlərini (şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil, diplomun surəti, əlaqə telefonu, elektron ünvan) Ə.Topçubaşov 74, yaxud [email protected] elektron ünvanına göndərməlidirlər.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qurumun məlumat reyestrinə ölkəmizdə və xaricdə fəaliyyət göstərən tərcüməçilər daxil ola bilər.
Ətraflı məlumatları aztc.gov.az və achiqkitab.az saytlarının "Tərcüməçilərin məlumat reyestri" bölməsindən əldə etmək mümkündür.