Tovuzlu fermerlər 46 hektar sahədə bol bostan məhsulları yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bostançılıqla məşğul olan sahibkarlar indiyədək sahələrdən 732 ton məhsul toplayıblar. Hər hektardan orta məhsuldarlıq 293 sentner təşkil edib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə yığılan məhsul 148 ton çoxdur