Bakıda odlu silahla qətl törədən şəxs mərhumun yaxın qohumu imiş

Bakıda odlu silahla qətl törədən şəxs mərhumun yaxın qohumu imiş backend

Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb. 

Bu barədə Oxu.Az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb. 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb. 

Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur. 

T.Qurbanov istintaqa təhvil verilib. 

Diaspora