Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var. Həyatını itirən şəxs deputatın köməkçisi olub.
Bu barədə APA-ya məlumat verən millət vəkili Fəzail Ağamalı bildirib ki, onun köməkçisi Həsənbala Həsənovun idarə etdiyi “Opel” markalı maşın yük avtomobili ilə toqquşub. Nəticədə köməkçisi aldığı xəsarətdən dünyasını dəyişib.Mərhum Salyanda dəfn ediləcək.