Helikopter qəzasında yaralanan hərbçilər evə buraxıldı

Helikopter qəzasında yaralanan hərbçilər evə buraxıldı backend

Noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan helikopterdə yaralanan hərbçilərin səhhəti yaxşıdır.

Qaziler.az Oxu.az-a istinadən xəbər verir ki, yaralılar polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.

Qeyd edək ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

loading...
Diaspora