Şəhidimiz doğulduğu kənddə dəfn olunacaq - FOTO

Şəhidimiz doğulduğu kənddə dəfn olunacaq -  FOTO backend

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq.

Qaziler.az Report-a istinadla xəbər verir ki, şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib. O, Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət etsin!

loading...
Diaspora