Bu gecə şəhid olan Asif gələn ay tərxis olunacaqmış - FOTO

Bu gecə şəhid olan Asif gələn ay tərxis olunacaqmış -  FOTO backend

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Məlumata görə, о, 2002-ci ildə Siyəzən rayonunda anadan olub. Həqiqi hərbi xidmətini Kəlbəcərdə keçən Asif, 2022-ci ilin yanvar ayında ordudan tərxis ediləcəkdi.

44 günlük Vətən müharibəsində iştirak edən A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif edilib.

Şəhidimizin fotosunu təqdim edirik:

loading...
Diaspora