“Məşğulluq marafonu” ilə işlə təmin olunan şəhid ailəsi üzvü və qazilərin sayı AÇIQLANDI

“Məşğulluq marafonu” ilə işlə təmin olunan şəhid ailəsi üzvü və qazilərin sayı  AÇIQLANDI backend

“Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib”. 

Bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. 

O qeyd edib ki, bu il ərzində şəhid ailələrinə müharibə əlillərinə 2 600-ə yaxın mənzil verilib:

“İlin sonuna qədər proses davam edəcək. Bu proqram sosial cəhətdən həssas olan əlil və digər şəxsləri də əhatə edir. 2021-ci ildə sosial psixoloji dəstək proqramları 10 min nəfəri əhatə edib”. 

O qeyd edib ki, 163 müharibə əlili olan şəxsə 174 elektron yeni nəsil protezlər verilib:

“Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub. Əlavə 2500 nəfər işlə təmin olunub. “Məşğulluq marafonu” vasitəsilə 1 300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəliblər”. (oxu.az)

Diaspora