"YAŞAT"-ın xərclədiyi vəsaitlər açıqlandı

"YAŞAT"-ın xərclədiyi vəsaitlər açıqlandı backend

Bu günə qədər “YAŞAT” Fonduna 65 milyon manat ianə olunub, onun 50 milyon manata yaxını xərclənib.

Apa-nın məlumatına görə, bunu “YAŞAT” Fondunun bir illik hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə “ASAN xidmət” mərkəzlərində 4700-dən çox şəhid ailəsinin üzvü və qazilərə növbədənkənar xidmətlər göstərilib: “40 şəhidin ailə üzvü və 15 qazi Dövlət Agentliyində işlə təmin olunub”.

Ü. Mehdiyev ötən il dekabrın 15-dən bütün rayonlar üzrə 69 qrupun 2916 şəhid ailəsini ziyarət etdiyini və onların əsas ehtiyaclarını öyrəndiyini deyib.

loading...
Diaspora