Zaqatalada ağır yol qəzası baş verib - ölən və yaralananlar var

Zaqatalada ağır yol qəzası baş verib - ölən və yaralananlar var backend

Zaqatalanın Gözbarax kəndində rayon sakini Qəhrəman Canayev idarə etdiyi “VAZ-21112” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

QAZİLER.AZ Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində sərnişinlərindən qızı Dünya hadisə yerində ölüb.

Sürücü və digər 2 sərnişin isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Diaspora