“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədrinin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Musavat.com xəbər verir ki, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər ifadə verib.
"Azərxalça" ASC-nin tikinti işlərinə nəzarət edən Qurban Babazadə ifadəsində bildirib ki, işlədiyi müddət ərzində aparılan tikintilər zamanı qiymətlərin şişirdilməsi ilə bağlı Vidadi Muradov tərəfindən podratçı şirkətə tapşırıqlar verilməyib.
Prokurr şahidin istintaqda fərqli ifadə verdiyini xatırladıb.
Hakim Əfqan Hacıyev şahidə yalan ifadə verməyə görə məsuliyyət daşıdığını xatırladıb və xəbərdarlıq edib.
"Azərxalça" ASC-də baş mühasib işləmiş Mirseymur Qasımov isə bildirib ki, o, yalnız mühasibat işləri ilə məşğul olub, satınalma işləri ilə isə Emin Xanlarov məşğul olub.
Digər şahid isə isə ifadəsində "Azərxalça" ASC-nin 640 min vergi borcu olduğunu deyib.