Bədii gimnastika üzrə növbəti Dünya Kuboku mərhələsi ötən həftə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarış nəticələrinə əsasən, gimnastımız Marina Durunda çoxnövçülükdə 7-ci yerdə qərarlaşıb.
Gimnastımız ən yaxşı nəticəni topla göstərərək, 5-ci yeri qazanıb (18.100 xal).
Digər gimnastımız Ayşən Bayramova isə 18-ci pillədə qərarlaşıb.