İcra başçısı qazini ziyarət etmək üçün xəstəxanaya getdi - FOTO

İcra başçısı qazini ziyarət etmək üçün xəstəxanaya getdi - FOTO backend

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilov mərkəzi xəstəxanada müalicə alan Qarabağ qazisi Maşalla Əliyevi ziyarət edib
 
Qaziler.az bildirir ki, rayonun icra başçışı əvvəlcədən xəbərdarlıq etmədən xəstəxanaya gəlib. O, xəstəxanadakı son vəziyyətlə tanış olaraq xəstələrin müalicəsi və onlar üçün yaradilan şəraitlə maraqlanıb.

Xəstəxananın direktoru Elnur Azadxanov sağlıq ocağındakı ümumi vəziyyət barədə başçıya məlumat verib.
 
Daha sonra Rafiq Cəlilov gəlişinin əsas məqsədinin Birinci Qarabağ müharibəsində hər iki ayağını itirən qazi Maşalla Əliyevi ziyarət etmək olduğunu bildirib. 
 
Qazi Maşallah Əliyev rayon icra hakimiyyəti başçısina ziyarət üçün təşəkkürünü bildirib.

Diaspora