Sabah Bakıda havanın temperaturu 37 dərəcəyə yüksələcək

Sabah Bakıda havanın temperaturu 37 dərəcəyə yüksələcək backend

Sabah Bakıda havanın temperaturu yenidən yüksələrək 37 dərəcəyə çatacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Diaspora