Taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı - RƏSMİ

Taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı -  RƏSMİ backend

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.

Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Diaspora