Özünüməşğulluq proqramı əsasında kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq

Özünüməşğulluq proqramı əsasında kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq backend

Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara təqdim edilən iribuynuzlu heyvanların Aqrar Sığorta Fondu vasitəsilə sığortalanması prosesinə başlanılıb. 

Qaziler.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə özünüməşğulluq proqramı əsasında yaradılmış təsərrüfatların sahibləri ilə görüşündə bildirib. Artıq bu il 4200 vətəndaşa təqdim edilən 12,6 mindən çox iribuynuzlu heyvanın sığortalanması həyata keçirilib.

“2022-ci ildən isə kənd təsərrüfatı istiqaməti üzrə vətəndaşlara təqdim edilən bütün aktivlərin sığortalanması nəzərdə tutulur”, deyə nazir bildirib.

Qeyd edib ki, sığortalanma prosesindən sonra bir illik müqavilə müddətində öncədən müəyyən edilmiş sığorta hadisəsi baş verərsə, vətəndaş yeni aktivlərlə təmin ediləcək. Burada məqsəd işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Diaspora