Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək. Lent.az-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək qarşılaşmada Çempionlar Liqasının qalibi “Barselona” Avropa Liqasının qalibi “Sevilya” ilə üz-üzə gələcək.
Super Kubokunun qalibini müəyyən edəcək qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Dinamo Arena”da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 23:45-də çalınacaq.