Parlament gələn ilin ehtiyac meyarını III oxunuşda qəbul edib

Parlament gələn ilin ehtiyac meyarını III oxunuşda qəbul edib backend

2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilib.

Apa-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib.

Ötən il ehtiyac meyarının həddi 170 manat olub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Diaspora