Qəzanın detalları: yerə iki dəfə çırpılıb - VİDEO

Qəzanın detalları: yerə iki dəfə çırpılıb - VİDEO backend

Noyabrın 30-da DSX-nin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı bəzi detallar ilk dəfə açıqlanıb.

Qaziler.az Real TV-yə istinadən xəbər verir ki, qəzaya uğramazdan əvvəl helikopter II helikopterə eniş komandası verə bilib.

İkinci helikopter eniş edib, birinci helikopter isə eniş edərkən yerə çırpılıb və təkər də daxil olmaqla, müəyyən hissələr helikopterdən qopub, yanacaq çəni deşilib.

İkinci çırpılmada isə yanacaq çəninin deşilməsi nəticəsində axan yanacağın alışması və partlayışı baş verib.

Diaspora