Helikopter qəzasında həlak olan hərbçi Beyləqanda dəfn edilib - FOTO

Helikopter qəzasında həlak olan hərbçi Beyləqanda dəfn edilib -  FOTO backend

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri - baş leytenant Fərid Nağıyev dəfn edilib.

"Report" xəbər verir ki, F.Nağıyev nəşi Beyləqan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

11:31

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri - baş leytenant Fərid Nağıyevin cənazəsi Beyləqan rayonunun Şərq kəndinə gətirilib.

Onun nəşi kənd meydanına aparılıb, cənazə namazı qılınıb və orada vida mərasimi keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra F.Nağıyevin nəşi Beyləqan şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Qəza nəticəsində həlak olanların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Diaspora