Dekabr ayının hava proqnozu açıqlanıb

Dekabr ayının hava proqnozu açıqlanıb backend

“Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimalı var”.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 1-i gündüzdən 2-si gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit, yağıntılı, küləkli keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə, gündüzlər 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-34 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, gündüzlər 10-15, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-53 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 10-15 isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 4-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 3-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 45-106 mm) olacaq.

***

11:18

Dekabr ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın APA-ya verdiyi xəbərə görə, son 20 ilin dekabr ayında olan hava şəraiti təhlil edilib. Bütün meteoroloji: "Belə halları son 10 ildə də müşahidə etmək olar. Misal üçün, 2012-ci ildə havanın orta temperaturu iqlim normasından aşağı, növbəti 2013-cü ildə yüksək, 2015-də yenidən mülayim isti, 2016-cı il isə həmişəkindən soyuq, hətta Bakı üçün nadir hadisə kimi havanın temperaturu 4.2° şaxta olub. Ardınca 2017, 2018, 2019-cu illər müsbət anomaliya ilə fərqlənib. Keçən il isə havanın temperaturu iqlim normasından aşağı olub".

U. tağıyevanın sözlərinə görə, daha uzunsıralı dövrlərin təhlili göstərir ki, 1961-1990-cı illərlə müqayisədə 2002-ci ili nəzərə almasaq, son onilliklərdə dekabr ayında orta temperatur artıb və şaxtalı günlərin sayı azalıb: "2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb. Dunyada son illərin meteoroloji tədqiqatları göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı isə artır. Ölkəmizdə də şaxtalı, qarlı günlərin sayı azalaraq, qışın daha mülayim keçməsi müşahidə olunur. Lakin iqlim dəyişmələri nəticəsində atmosfer sirkulyasiyasında baş verən transformasiyalar fəsildən asılı olmayaraq qısamüddəti və ya daha davamlı kəskin hava-iqlim anomaliyaları ilə özünü biruzə verir.

Məsələn, bütün çoxillik müşahidələrə görə Bakıda ən çox sutkalıq cəm yağıntı 2002-cı il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub, sutka ərzində rekord miqdarda 48 mm yağıntı (qar) düşüb. Dekabrın 11-də səhər Bakıda və Abşeronun qərbində qar örtüyünün hündürlüyü 50 sm olub. Ən çox aylıq yağıntı da 2002-ci ilin dekabrında müşahidə olunub, ay ərzində 183.9 mm yağıntı düşüb ki, bu da aylıq normadan 5.7 dəfə çoxdur.

Adətən bu kimi prosesləri aylıq proqnozlarda nəzərə almaq mümkün olmadığı üçün, dünya təcrübəsinə əsaslanaraq uzunmüddətli proqnozlarda yalnız gözlənilən temperatur və yağıntı iqlim norması ilə müqayisəli şəkildə təqdim edilir".

U. tağıyeva bildirib ki, bu ilin dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

loading...
Diaspora