Elçin Məmmədov helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışdı

Elçin Məmmədov helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışdı backend

"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb".

 

Qaziler.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

 

Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: "Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

 

E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: "İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.

Diaspora