180 minə yaxın istifadəçi...

180 minə yaxın istifadəçi... backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, son bir ayda ƏƏSMN-nin e-xidmətlərindən 178 min 500 dəfəyə yaxın istifadə qeydə alınıb.

Cari ilin iyul ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən 178492 dəfə istifadə olunub ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 13,1 faiz çoxdur.

Ötən ay əhali ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 109737 dəfə faydalanıb. Bu e-xidmət, həmçinin ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 47835 ədəd və “İş yerinə dair arayış” e-xidməti 18547 ədəd istifadə sayı ilə yenə də əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıblar.
“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 2014-cü ilin ortalarında əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qeydiyyatı məqsədilə əhaliyə təqdim edilib. Yeni sistemin tətbiqi “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, habelə “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılmasına imkan yaradıb.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında vətəndaşlar ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə yararlanıb ki, bu da həmin dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizini təşkil edir.

Diaspora