Bu gün Hesablama Palatası Kollegiyasının iclası keçirilib. APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (QSC) ayrılan vəsaitlərin istifadəsinə və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.
Eyni zamanda Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, eləcə də dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğuna dair (Vergilər Nazirliyi ilə birlikdə) nəzarət tədbirləri üzrə proqram da təsdiqlənib.