“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Lənkəran rayonunda təşkil olunacaq.
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” dekabrın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.